Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın söndürülüb

23:44 - 28 Mart 2023

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın söndürülüb

Sumqayıt şəhəri, H.Əliyev prospekti, 9-cu məhəllə, bina 9 ünvanında baş verən yanğın mühafizə olunub.

 

Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə DYMX-nın müvafiq qüvvələri dərhal hadisə yerinə çatıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində üçmərtəbəli yaşayış binasının qarşısında 3 ədəd şam ağacı qismən yanıb.

Bina yanğından mühafizə olunub.

***22:47

Sumqayıtda yanğın başlayıb.

 

Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, şəhərin “Dejurnu” adlandırılan ərazisi yaxınlığında çoxmərtəbəli binaların arxasında yanğın başlayıb.

Sakinlərin sözlərinə görə, bu dəqiqələrdə başlayan yanğının hansı səbəbdən baş verdiyi bəlli deyil.


Xəbər xətti

18 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin