Məşhur futbolçu Ronaldinyo Bakıya gəlib
13 Noyabr 2024
13:13 - 30 Mart 2023
Tayvan lideri Tsai İnq-ven Mərkəzi Amerika ölkələrinə 10 günlük səfərindən əvvəl Çinin etirazlarına baxmayaraq ABŞ-a gedib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Tayvan lideri Tsayın Mərkəzi Amerika ölkələrinə səfəri zamanı ABŞ-ın Nyu York şəhərində planlaşdırılan danışıqlar Tayvan üzərində suverenlik iddiasında olan Pekinlə Vaşinqton arasında gərginliyə səbəb olub.
Mətbuata açıqlama verən Çinin Vaşinqtondakı səfirliyinin müvəqqəti işlər vəkili Şüeyan, Tsai ilə Nümayəndələr Palatasının sədri Kevin Makkarti arasında planlaşdırılan qeyri-rəsmi görüşə işarə edərək, bu görüşün ümumilikdə ABŞ-Çin münasibətlərinə "çox ciddi" təsir edəcəyini bildirib.
Çin Tayvan liderinin ABŞ-a səfəri ilə əlaqədar "ciddi qarşıdurma" ilə bağlı xəbərdarlıq edib.
Nümayəndələr Palatasının Çin Komitəsinin sədri və respublikaçı Mayk Qallaqer Tsayın səfərini “Tayvan və ABŞ arasında əməkdaşlığın nə qədər vacib olduğunu və Tayvan boğazında sülh və sabitliyin qorunması üçün nəyin lazım olduğunu Konqresə çatdırmaq üçün bir fürsət” kimi qiymətləndirib.
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin