“Sumqayıt” ilk transferini gerçəkləşdirdi

22:34 - 05 İyun 2023

“Sumqayıt” ilk transferini gerçəkləşdirdi

“Sumqayıt” mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirib.

 

Klubdan Manset.az-a verilən məlumata görə, “gənclik şəhəri” təmsilçisi son mövsümü “Zirə”də keçirmiş qapıçı Mehdi Cənnətovu heyətinə qatıb.

31 yaşlı qolkiperlə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2017-2020-ci illərdə də “Sumqayıt”ın şərəfini qorumuş Mehdi Cənnətov bu müddət ərzində 63 oyun keçirib. Azərbaycan millisinin də formasını geyinən qapıçı son iki mövsümdə “Zirə”nin heyətində 47 qarşılaşmada meydana çıxıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az