Ağırlıqqaldıran idmançımız 3 qızıl medal qazandı

00:00 - 7 İyul 2023

Ağırlıqqaldıran idmançımız 3 qızıl medal qazandı

Azərbaycan ağırlıqqaldıranı Ravin Alməmmədov Moldovanın paytaxtı Kişineuda yeniyetmələr arasında keçirilən Avropa çempionatında 3 qızıl medal qazanıb.

 

Federasiyadan Manset.az-a verilən məlumata görə, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı yaşı 17-yə qədər olan oğlanların yarışında birdən qaldırma hərəkətində 137 kq-ı ram edərək 1-ci yeri tutub.

Təkanla qaldırmada 162 kq-ı başı üzərinə qaldıran "Göyəzən" Ağır Atletika Klubunun təmsilçisi eyni uğuru təkrarlayıb.

Toplam 299 kq (137+162) nəticə göstərən atlet yekun sıralamada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin