Əli Qoçdan Əziz İldırıma ağır ittiham  - “Cəsarətin yoxdur”

15:36 - 7 İyul 2023

Əli Qoçdan Əziz İldırıma ağır ittiham  - “Cəsarətin yoxdur”

“Fənərbağça” Klubunun prezidenti Ali Koç İstanbul Fənərbaxça Dərnəyinin açılışında danışıb. "Fənərbağça" klubunun prezidenti Ali Koç açıqlama verib. Əziz Yıldırımı hədəf alan Qoç, qalmaqallı ifadələr işlədib. 

 

Manset.az xarici mediaya istinadla bildirir ki, Əli Qoç çıxışında klubun keçmiş prezidenti Əziz Yıldırımı hədəf alıb

 "Hörmətli, Əziz Yıldırım son zamanlar yenidən aktivləşib. Kaş ki, bizim iclaslarımızda, Maliyyə Baş Assambleyamızda gəlib danışaydı! Vaxtilə bizə “kənarda deyil, gəlib yerli qurumlarımızda danışın!” deyən sən deyildin?”- deyib.

 O, daha sonra fikirlərinə bu cür davam edib:

 “Universiteti bizə verin, tikək” deyir. Amma sən o cəsarəti göstərə bilməzsən. Səndə o cəsarət yoxdur. Biz ən zəif olduğumuz və sənin də özünün qüdrətli gördüyün bir vaxtda açıq dəvət etmişdik. Kimsə vaxtında çıxsaydı, dərhal qurultaya gedərdik. Bu, uşaq oyunu deyil ki...

Mən bu vəzifəyə gələn gündən ilk işim “Fənərbağça” İdman Klubunun prezidenti olaraq ilk rəsmi iclasım YÖK (Yüksək Öyrədim Qurumu) prezidentinin yanına getmək oldu. Çünki bir həftə sonra universitetlərin kataloqları çıxacaq və “Fənərbağça” da  orada olacaqdı.

 Əli Qoç fikirlərinə bu cür yekun vurub:

"Bizim binamız, qəpik-quruşumuz yoxdur, stadionun altında pəncərəsiz yerdə 56 müəllim işləyir. Gedib YÖK(Yüksək Öyrədim Qurumu)  rəhbərinə “bizə bir il də vaxt verin” dedik,  sağ olsunlar, etdilər. Universitetə ​​nə qədər pul yığıldığına da baxdıq, 1 milyon 200 min, Vəfa Kiçikdən 600 min, digər 600 mini də  xeyriyyəçi gənc atasının adını ictimaiyyətdə tanınması üçün verib. Özü bir qəpik pul verməyib. indi də istəyir ki, universiteti bunlar tiksinlər.

 Manşet.az


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin