İlham Əliyev sərhəddə İran Prezidenti ilə görüşdü - YENİLƏNDİ (FOTOLAR)
19 May 2024
19:54 - 10 İyul 2023
“PAŞA Property Management” şirkətində yeni Baş icraçı direktor təyin edilib.
Manset.az xəbər verir ki, “PAŞA Property Management” şirkətinin Baş icraçı direktoru vəzifəsinə Elçin Qədimov təyin edilib.
Bundan əvvəl E. Qədimov şirkətin Baş kommersiya direktoru vəzifəsini icra edirdi. E.Qədimov 2022-ci ilin əvvəllərinə kimi maliyyə və bank sektorunda müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, Cənubi Alabama Universitetinin MBA dərəcəsinə malikdir.
“PAŞA Property Management” şirkətinin Baş kommersiya direktoru vəzifəsinə isə Riad Salayev təyin edilib. R. Salayev 2022-ci ilin avqust ayından etibarən "PAŞA Management Company"də Transformasiya direktoru olub. Daha əvvəl isə o, "McKinsey", "Landau Məktəbi" və "Schlumberger" kimi şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.
Qeyd edək ki, “PAŞA Property Management” şirkəti daşınmaz əmlakın satışı, icarəsi və idarə edilməsini həyata keçirir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin