Pakistanda qatar qəzasında 30 nəfər həyatını itirdi

09:48 - 07 Avqust 2023

Pakistanda qatar qəzasında 30 nəfər həyatını itirdi

Pakistanın Navabşah şəhəri yaxınlığında sərnişin qatarının relsdən çıxması nəticəsində 30 nəfər ölüb, 90-dan çox insan yaralanıb.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Pakistanda Kəraçidən Ravalpindiyə gedən Hazara Expressi sərnişin qatarının 10 vaqonu Navabşah yaxınlığında relsdən çıxıb.

Bildirilib ki, qəzanın "texniki nasazlıq" və ya "təxribat" nəticəsində baş verməsi ehtimal olunur.

Qeyd edək ki, səlahiyyətlilər hadisə yerində axtarış-xilasetmə işlərinin başa çatdırıb. Cəsədlər və yaralılar Navabşah və Sanghar bölgələrində yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. Hadisə ilə əlaqədar magistral dəmir yolu xəttində qatarların hərəkəti dayandırılıb. Qatar sərnişinlərinə alternativ səyahət təşkili və tibbi xidmət göstəriləcək.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az