İordan çayının qərb sahilinin şərqindəki Yerixo şəhərində İsrail əsgərlərinin açdığı atəş nəticəsində 2 fələstinli həyatını itirib.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fələstinin SND xəbər agentliyinin məlumat verib. Beləki, İsrail ordusu Yerixonun Akbet Cabr qaçqın düşərgəsinə basqın edib.
Basqının qarşısını almaq istəyən fələstinlilərlə İsrail əsgərləri arasında qarşıdurma baş verib. İki nəfər fələstinli əsgərlərin açdığı atəş nəticəsində həyatını itirib.
Aksa televiziya kanalı xəstəxanasına aparılan 2 nəfərə həkimlər tərəfindən edilən bütün tibbi müdaxilələri canlı yayımlayıb. Bütün səylərə baxmayaraq yaralıları xilas etmək mümkün olmayıb.
Aygün
Manşet.az