Suriyada rejim əleyhinə nümayişlərdə 4 nəfər öldü

09:50 - 21 Avqust 2023

Suriyada rejim əleyhinə nümayişlərdə 4 nəfər öldü

Suriyanın cənubundakı Dera əyalətində Dəməşq rəhbərliyinə qarşı etiraz nümayişlərinə Suriya ordusu atəş açıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində azı 4 nəfərin öldüyü, 10 nəfərin yaralandığı bildirilib.

Hadisə dünən axşam saatlarında Dəra əyalətinin Neva və Dael rayonlarında baş verib. Nümayişçilər Dəməşq rəhbərliyinin qiymət artımına və zülm siyasətinə etiraz olaraq küçələrə çıxıb. Etirazçılar “Rejim yıxılsın” və “İnqilab yenidən başlasın” şüarları səsləndiriblər.

Nümayişlər zamanı Suriya ordusu atəş açıb. Qarşıdurma zamanı azı 4 nəfər ölüb, 10 nəfər yaralanıb. Yaralılar bölgədəki xəstəxanalara çatdırılıb.

Qeyd edək ki, 2018-ci ildə Dərada Dəməşq administrasiyası ilə müxalifət arasında barışıq sazişi imzalanıb. Bununla belə, razılaşmanın icrasındakı aksamalar və Dəməşq rəhbərliyinin bölgəyə artan təzyiqləri səbəbindən Dərada gərginlik davam edir. Avqustun 16-da Dəməşq administrasiyasının yanacağın qiymətini artırmaq qərarından sonra Dera və Suveyda əyalətləri başda olmaqla bir çox məntəqələrdə etirazlar başlayıb.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az