Zakir Həsənov iranlı həmkarı ilə danışdı - Nələr müzakirə edildi

20:30 - 22 Avqust 2023

Zakir Həsənov iranlı həmkarı ilə danışdı - Nələr müzakirə edildi

Avqustun 22-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin təşəbbüsü ilə telefon danışığı olub.

 

Bu barədə Manset.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Tərəflər regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az