Pakistanın yüksək məhkəməsi korrupsiya işi üzrə keçmiş baş nazir İmran Xanın 3 illik həbs cəzasının təxirə salınması və girov müqabilində azadlığa buraxılması barədə qərar çıxarıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Pakistanın keçmiş baş naziri Şahbaz Şərif məhkəmənin qərarını tənqid edərək, Xanın mühakimə olunmasının gecikdirildiyini, lakin yekunlaşmadığını deyib.
Xanın barəsində olan digər işlərdə həbs qərarı çıxarıldığı üçün azad edilib-edilməyəcəyi hələlik məlum deyil. Keçmiş baş nazirin girov ərizəsinin rədd edildiyi 9 işdə yenidən həbs olunma ehtimalının olduğu qeyd edilib.
Xan, həmçinin, dövlət sirlərini sızdırmaq, zorakı etiraz aksiyaları təşkil etmək və milli təhlükəsizliyə təhdid yaratmaq da daxil olmaqla müxtəlif ittihamlarla üzləşib.
Aygün
Manşet.az