Qarabağın erməni sakinlərinin nümayəndə heyəti Yevlaxda - CANLI

09:53 - 21 Sentyabr 2023

Qarabağın erməni sakinlərinin nümayəndə heyəti Yevlaxda - CANLI

Qarabağın erməni sakinlərinin nümayəndə heyəti Yevlaxa gəlib.

Manset.az xəbər verir ki, onları Azərbaycan polisi ilə bərabər Rusiya sülhməramlı kondingenti müşayiət edir.

Görüş Yevlax Şəhər İcra Hakimiyyətində baş tutur.

***

Lokal xarakterli antiterror tədbirləri nəticəsində ağ bayraq qaldıraraq təslim olan və danışıqlara razılaşan Qarabağın erməni sakinlərinin nümayəndə heyəti bu gün görüş üçün Yevlax rayonuna gəlir.

Manset.az Trend-ə istinadən xəbər verir ki, Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərəkət edən nümayəndə heyəti Yevlaxda Azərbaycan tərəfi ilə görüşəcək.

Xankəndidən gələn nümayəndə heyəti artıq Ağdam rayonunu keçib, Yevlax şəhər istiqamətinə doğru hərəkət edir.



Xəbər xətti

19 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin