Video çəkmək üçün çıxdığı körpünün altında asılı qaldı

17:50 - 21 Sentyabr 2023

Video çəkmək üçün çıxdığı körpünün altında asılı qaldı

ABŞ-ın Kaliforniya ştatında Foresthill körpüsünün altında kəndirlə asılı vəziyyətdə qalan 19 yaşlı gənc yanğınsöndürmə briqadası, polis, axtarış-xilasetmə və alpinist-xilasetmə qruplarının birgə işi nəticəsində xilas edilib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, gənc onun körpünün altında yelləndiyini əks etdirən video çəkdirmək üçün ora çıxdığını bildirib.   

Qeyd edək ki, Foresthill körpüsü Kaliforniya ştatının ən hündür körpüsü kimi tanınır və yerdən hündürlüyü 223 metrdir.

Aygün

Manşet.az

 



Xəbər xətti

23 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin