"Fənərbağça" "Rizespor"u darmadağın etdi

21:10 - 01 Oktyabr 2023

\"Fənərbağça\" \"Rizespor\"u darmadağın etdi

Futbol üzrə Türkiyə Superliqasında VII turun daha bir oyunu keçirilib.

 

Manset.az axar.az-a istinadən bildirir ki, çempionluğa iddialı "Fənərbağça" doğma meydanda "Rizespor"u sınağa çəkib. Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

İstanbul klubunun heyətində qolları Sebastian Şimanski (3), İrfan Can Kahveci (47), Edin Ceko (62), Duşan Tadiç (75) və Coşua Kinq (90+2) vurublar.

Cari mövsüm Superliqada keçirdiyi 7 oyunun hamısında qalib gələn "Fənərbağça" maksimum nəticə (21 xal) ilə turnir cədvəlinə başçılıq edir. 11 xalı olan "Rizespor" isə yeddinci pillədə qərarlaşıb.

Bu matçla eyni vaxtda başlayan "Karagümrük" - "Kasımpaşa" görüşündə qonaqlar 3:2 hesablı qələbəyə seviniblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv