Qəzzada ölənlərin sayı 10 812 nəfərə çatdı

22:22 - 09 Noyabr 2023

Qəzzada ölənlərin sayı 10 812 nəfərə çatdı

Oktyabrın 7-dən indiyədək Qəzza zolağında ölənlərin ümumi sayı 10 812 nəfərə çatıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı Fələstin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Qurbanlar arasında azı 4 412 uşaq var.

Xatırladaq ki, Fələstin-İsrail münaqişəsinin gərginləşməsinin növbəti mərhələsi oktyabrın 7-də səhər tezdən Qəzza zolağından İsrail ərazisinə raket hücumundan sonra baş verib. İsrail ordusu cavab olaraq “müharibə hazırlığı” elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin “müharibə vəziyyətinə” daxil olduğunu elan edib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az