Bakı və ətraf ərazilərdə ev almaq istəyənlərin nəzərinə - Qiymətlər dəyişdi (VİDEO)

23:03 - 14 Noyabr 2023

Bakı və ətraf ərazilərdə ev almaq istəyənlərin nəzərinə - Qiymətlər dəyişdi (VİDEO)

Bakının mərkəzi hissələrində əmlaklar baha olsa da, onların qiymət artımı kənarlardakına nisbətən cüzi dərəcədədir.

 

Manset.az Xezerxeber.az-a istinadən xəbər verir ki,  bunu əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

O bildirib ki, bunun səbəbi şəhərətrafı ərazilərə nisbətdə mərkəzdəki evlərə və mənzillərə tələbatın az olmasıdır.

Ekspert əlavə edib ki, Bakıərtafi – Abşeron. Xırdalan və Sumqayıt şəhərlərində 3-4 il bundan əvvəl yeni tikili binalarda mənzillərin 1 kv. metri 700-800 manata satılırdısa, hazırda həmin ərazilərdə mənzillərin 1 kv. metri 1100 -1200 manat arası dəyişir. Amma Bakının mərkəzində mənzillərin 1 kv. metrinin qiymətində artım 10 faizə qədər olub.
Elnur Fərzəliyev hesab edir ki, kapitallaşma baxımından da kənar ərazilərdən daşınmaz əmlak almaq daha sərfəlidir. Çünki müəyyən müddətdən sonra həmin əmlakların qiymətinin mərkəzə nisbətən daha çox artacağı gözlənir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az