Paytaxtda “Toyota Prius” “Range Rover”lə toqquşdu

09:24 - 21 Noyabr 2023

Paytaxtda “Toyota Prius” “Range Rover”lə toqquşdu

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb.

Füzuli və Mərdanov qardaşları küçələrinin kəsişməsində 77-DH-654 dövlət nömrə nişanlı “Toyota Prius” və “Range Rover” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində hər iki avtomobilə və yol infrastrukturuna ziyan dəyib.

Əraziyə Dövlət Yol Polisi (DYP) əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin