ABŞ-nin hərbi təyyarəsi suya düşdü - VİDEO

12:27 - 21 Noyabr 2023

ABŞ-nin hərbi təyyarəsi suya düşdü - VİDEO

Noyabrın 21-də ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarə uçuş-enmə zolağından çıxaraq Havay sahillərində suya düşüb.

 

Manset.az xəbər verir ki, bu barədə "Hawaii News Now" nəşri yazıb.

Təyyarə Havaydakı dəniz bazasının uçuş-enmə zolağından çıxaraq Kaneohe körfəzinin dayaz sularına düşmək məcburiyyətində qalıb.

Təyyarədə 9 nəfər olub, onların hamısı yüngül xəsarətlər alıb və sahilə çıxa biliblər.

Hadisə müşahidə və patrul üçün nəzərdə tutulan "Boeing P8 Poseidon" təyyarəsində baş verib.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin