İsrailin HƏMAS-ın tunellərini bəhanə edərək Qəzzada Şifa xəstəxanasına hücumundan sonra İsrailin keçmiş baş naziri Ehud Barak diqqətçəkən açıqlamalar verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Barak Şifa xəstəxanasının altında HƏMAS-a aid tunellərin 40 və ya 50 il əvvəl İsrailli inşaatçıları tərəfindən tikildiyini bildirib.
Keçmiş baş naziri bu barədə CNN televiziyasında Kristian Amanpura açıqlama verib.
“Uzun illərdir ki, Şifanın altında İsrailli inşaatçılar tərəfindən tikilən sığınacaqların olduğu və onlardan HƏMAS qərargahı kimi istifadə edildiyi məlumdur və bir neçə tunelin kəsişməsi bu sistemin bir hissəsidir. 40 və ya 50 il əvvəl xəstəxananın fəaliyyətlərinə daha çox yer açmaq üçün bu sığınacaqları İsrailli inşaatçılar tikiblər ".
Barakın cavabı üzərinə Amanpur, "Buranın İsrail mühəndisləri tərəfindən tikildiyini deyirsiz? Özünü səhv ifadə etdiniz?" deyə sual verib.
Ehud Barak isə "Biz 40 və ya 50 il əvvəl bu sığınacaqların xəstəxananın kampusun məhdud ərazisində fəaliyyət göstərməsi üçün tikintisinə kömək etmişdik”.
Əfsanə
Manşet.az