Pentaqon Ukraynaya 100 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, paketə bir ədəd M142 HIMARS raket artilleriya sistemi və onun üçün sursatlar daxildir.
Ukrayna Silahlı Qüvvələri həmçinin 155 və 105 mm-lik artilleriya sursatları, Javelin və TOW tank əleyhinə sistemləri, döyüş sursatı, ehtiyat hissələri və avadanlıqlar alacaq.
Əfsanə
Manşet.az