İsrail və HƏMAS girovların mübadiləsi ilə bağlı razılığa gəldi

11:10 - 22 Noyabr 2023

İsrail və HƏMAS girovların mübadiləsi ilə bağlı razılığa gəldi

İsrail və HƏMAS arasında məhbus mübadiləsi ilə bağlı razılıq əldə olunub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsrail Baş naziri Binyamin Netanyahu razılaşmanı "İsrail hökuməti bu gün çətin bir qərarla üzləşdi, lakin doğru qərar verdi" sözləri ilə açıqlayıb.

Netanyahu verdiyi açıqlamada girovların mərhələli şəkildə azad ediləcəyini bildirib. İsrailin baş naziri bəyan edib ki, müzakirə edilən razılaşmaya Qırmızı Xaç Cəmiyyətinin Həmas tərəfindən saxlanılan girovlara çatması və lazımi tibbi dəstəyin göstərilməsi daxildir.

Netanyahu əlavə edib ki, Qəzza zolağında müvəqqəti atəşkəs əldə olunsa belə, HƏMAS ilə müharibəni davam etdirəcəklər.

Mazılaşma 4 günlük atəşkəs və İsrail həbsxanalarında uşaq və qadınların da olduğu 150 fələstinli məhbusun azad edilməsi müqabilində 4 gün ərzində 50 israilli girovun (uşaq və qadın) azad edilməsini ehtiva edir.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az