Türkiyəli sosial media fenomeni Banu Parlak sərbəst buraxılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Parlak əlində silah tutduğu görüntülərin olduğu videonu paylaşdığı üçün saxlanılmışdı.
Məhkəmə prokurorluğun araşdırması nəticəsində fenomenin sərbəst buraxılmasını qərara alıb. Sososial mediada Parlakın azadlığa çıxdıqdan sonra ədliyyə binasından qaçaraq uzaqlaşdığı görüntülər yayılıb.
Qeyd edək ki, fenomen əlində silah tutduğu görüntülərdə "Maşın, ev kimi yox, belə maraqlarım var. Nə etmək olar? Bu günü çoxdan gözləyirdim. Yeri gəlmişkən, lisenziyası var. Mən heç kimi silahdan istifadə etməyə təşviq etmirəm" deyə, bildirmişdi. Bir çox gözəllik mərkəzi olan Parlakın əslində silah gəzdirmək üçün lisenziyasının olmadığı açıqlanmışdı.
Xatırladaq ki, daha əvvəl sosial media fenomeni Dilan Polat, bacısı Sıla Doğu, həyat yoldaşı Engin Polat və onun qardaşı Kürşat Polat, mühasib Beyza Ekici, maliyyə işlər məmuru Ahmet Gün də eyni ittihamlar səbəbi ilə saxlanılıb.
Əfsanə
Manşet.az