Hollandiyada keçirilən seçkilərdə Geert Vilders-in rəhbərlik etdiyi Azadlıq Partiyası birinci olub və ifrat sağçıların yüksəlişinə paytaxt Amsterdamda etiraz edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Hollandiyanın Amsterdam Dam Meydanına toplaşan yüzlərlə insan Vildersin başçılıq etdiyi partiyanın seçkini birinci bitirməsinə reaksiya verib.
Çox sayda hollandiyalının, müxtəlif etnik və icmalardan qaçqın və fəalın qatıldığı nümayişdə "Faşizmə, irqçiliyə, ayrı-seçkiliyə və İslamofobiyaya yox" mesajı verildi.
Çıxışlarda 22 noyabrda keçirilən ümumi seçkilərdə ifrat sağçı partiyaların səslərinin əhəmiyyətli dərəcədə artdığı diqqətə çatdırılıb.
Əfsanə
Manşet.az