“Tehran Hərtərəfli Birgə Fəaliyyət Planı (JCPOA) üzrə öhdəlikləri ilə bağlı bir çox tələbləri yerinə yetirmir. Buna görə də agentlik üçün problemlər yaranıb”.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən MAQATE-nin Direktorlar Şurasının iclası çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İran uranın 60% zənginləşdirilməsinə hələ də davam edir. Direktorlar Şurasının dünənki iclasında Almaniya, Fransa və Britaniya bəyanatla İrandan sözügedən agentliklə əməkdaşlıq etməsini tələb ediblər.
Əfsanə
Manşet.az