Türkiyənin Qaziantep şəhərində uşaq parkındakı uşaq meydançasında naməlum səbəbdən yanğın baş verib.
Bu barədə Manset.az Haber Global-a istinadən xəbər verir.
Qeyd edilir ki, qısa müddətdə alov böyüyərkən, xəbər üzərinə parka sövq edilən yanğınsöndürənlər yanğını nəzarətə götürüb.
Polis qrupları, uşaq oyun dəstlərinin zərər gördüyü yanğınla əlaqədar araşdırma aparıb.
İstintaqda parkın PKK terror təşkilatının təbliğatı üçün yandırıldığı müəyyən edilib.
Polisin keçirdiyi əməliyyatla hadisədə əli olduğu təsbit edilən 9 şübhəli yaxalanıb. Saxlanılan şübhəlilərin polis bölməsində əməliyyatları davam etdirilir.
Jalə
Manşet.az