Yaponiyada PKK ilə bağlı qərar verilib
Manset.az TGR Haber-ə istinadən xəbər verir ki, Qanlı terror təşkilatı PKK-nı 'beynəlxalq terror təşkilatları' siyahısında saxlayan Yaponiya qalmaqallı qərar verib. Yayımlanan son siyahıda PKK-nı siyahıdan çıxardıqları görülüb.
Yaponiyanın daxili kəşfiyyat xidməti İctimai Təhlükəsizlik Kəşfiyyat Təşkilatının terror təşkilatları siyahısında PKK-nın yer almaması reaksiyalara səbəb olub.
Qeyd edək ki, 17 yanvar tarixli arxivdə PKK “Dünyadakı əsas terror təşkilatlarına və silahlı qruplara baxış” başlığı ilə “əsas beynəlxalq terror təşkilatları” kateqoriyasına daxil edilib.
Yapon jurnalist İşii Takaaki son vaxtlar Yaponiyada PKK təbliğatının artmasına münasibət bildirib. Takaaki sosial media hesabındakı paylaşım edib.
O, paylşımda "Yaponiyada festival keçirib, PKK bayraqlarını dalğalandırıblar. Türk əsgərlərinin terror təşkilatı tərəfindən şəhid edilməsini tərənnüm edən mahnılar oxuyub, rəqs ediblər. Bu dəhşətli mənzərədən xəbərim yox idi" qeyd edib.
Bildirək ki, Rusiya, Çin, Hindistan, İsveçrə, Misir, İsrail, Tunis, Səudiyyə Ərəbistanı, Ukrayna və Birləşmiş Ərəb Əmirlikləri PKK-nı terror təşkilatı kimi tanımayan ölkələr sırasındadır.
Jalə
Manşet.az