Yeni Zelandiyanın yeni baş nazirinin ilk 100 gün üçün planı açıqlandı

15:57 - 29 Noyabr 2023

Yeni Zelandiyanın yeni baş nazirinin ilk 100 gün üçün planı açıqlandı

Yeni Zelandiyanın yeni baş naziri Kristofer Luxon vəzifədə olduğu ilk 100 gün üçün bu gün dərc etdiyi fəaliyyət planında məktəblərdə cib telefonlarından istifadəni qadağan etməyi, oxu, yazı və riyaziyyat dərslərini hər gün bir saat məcburi etməyi və tütünə nəzarəti aradan qaldırmağı hədəflədiyini açıqlayıb. 

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 100 günlük planda görülən tədbirlərin əksəriyyəti altı il hakimiyyətdə olan əvvəlki liberal hökumətin təşəbbüslərini ləğv etməkdən ibarətdir.

Luxon bildirib ki, tədbirlərin əksəriyyəti iqtisadiyyatın yaxşılaşdırılmasına yönəlib.

Əfsanə

Manşet.az

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv