“Rusiyanın Kiyevə hücumunda istifadə edilən dronların çoxu İran istehsalıdır” - Blinken

17:39 - 30 Noyabr 2023

“Rusiyanın Kiyevə hücumunda istifadə edilən dronların çoxu İran istehsalıdır” - Blinken

ABŞ dövlət katibi Antoni Blinken dünən Rusiyanın ötən həftə Ukraynanın paytaxtı Kiyevə qarşı həyata keçirdiyi ən böyük hücumunda istifadə edilən pilotsuz uçuş aparatlarının əksəriyyətinin İranda istehsal edildiyini bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Blinken bu barədə NATO xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclası çərçivəsində mətbuat konfransı zamanı deyib.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski də “Fox News”a müsahibəsində “Biz İrana çoxlu mesajlar göndərmişik ki, pilotsuz uçuş aparatlarını Rusiyaya verməsinlər, onlara dron istehsalı üçün yeni fabriklər tikməyə zəmin yaratmasınlar” ifadələrini işlədib.

Əfsanə

Manset.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az