Döyüş əməliyyatlarının bərpasından sonra İsrail ordusu Qəzza zolağına 200-dən çox zərbə endirib.
Manset.az xəbər verir ki, bu barədə İsrail ordusunun teleqramında məlumat verilib.
Bildirilir ki, son bir neçə saat ərzində quru, hava və dəniz qüvvələri Qəzza zolağının şimalında və cənubunda Xan Yunis və Rəfah da daxil olmaqla terrorçu hədəflərə zərbələr endirib.
Məlumatda deyilir ki, İsrail ordusu HƏMAS-ın tunel şəbəkəsinə, atış məntəqələrinə və əməliyyat komandanlıq mərkəzlərinə zərbələr endirib.