İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağında Fələstinin HƏMAS qruplaşması ilə döyüşlərdə daha iki hərbçisinin öldüyünü və bununla da itkilərin ümumi sayının 398-ə çatdığını açıqlayıb.
Manset.az xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti yazır.
Nəşrin qeyd etdiyi kimi, SAXAL qurudan hücumu başlayandan bəri həlak olan hərbçilərin sayı 72-yə çatıb.