Qətərdən İsrailə vasitəçilik reaksiyası

11:21 - 04 Dekabr 2023

Qətərdən İsrailə vasitəçilik reaksiyası

Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani, "İsrailin Qəzzaya hücumları vasitəçilik səylərini çətinləşdirir" deyib.

 

Manset.az-ın xarici mediaya istinadən xəbərinə görə, Əl Tani mövzu ilə bağlı ABŞ dövlət katibi Entoni Blinkenlə telefonla danışıb.

Əl Tani İsrailin “humanitar fasilə”dən sonra hücumlarının vasitəçilik fəaliyyətlərini çətinləşdirdiyini bildirib.

Qətərin xarici işlər naziri İsrailin bombardmanı altında olan fələstinlilərə humanitar yardımın çatdırılması üçün Qəzzaya təhlükəsiz humanitar dəhlizlərin açılmasının lazım olduğunu xatırladıb.

Əfsanə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv