Bakıdakı zəlzələ Qazaxıstanda da hiss edildi

10:38 - 07 Dekabr 2023

Bakıdakı zəlzələ Qazaxıstanda da hiss edildi

Xəzər dənizinin Azərbaycan sektorunda baş verən 5,6 maqnitudalı zəlzələ Qazaxıstanın Aktau şəhərində də hiss olunub.

 

Manset.az Axar.az-a istinadən bildirir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.

"Qazaxıstan ərazisində - Aktauda (Xəzəryanı Manqistau rayonunun inzibati mərkəzi) 12 ballıq MSK-64 şkalası üzrə 3 bal gücündə yeraltı təkanlar hiss olunub", - məlumatda vurğulanıb.

Bildirilib ki, zəlzələnin episentri Qazaxıstanın paytaxtı Almatıdan 2289 km məsafədə, 35 km dərinlikdə yerləşib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv