Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afinada Yunanıstan Prezidenti Katerina Sakelaropulu ilə görüşüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ərdoğan 6 ildən sonra getdiyi Yunanıstanda olmaqdan çox xoşbəxt olduğunu dilə gətirib, yunan həmkarı isə ona türkcə “təşəkkür edirəm” deyib.
Həmin anlar kameralara yansıyıb.
Qeyd edək ki, Ərdoğan, "Burada olmaqdan çox xoşbəxtəm. Yunanıstanla hədəfimiz 5,5 milyard dollarlıq ticarət həcmini 10 milyard dollara çatdırmaqdır. Hansı sahələrdə hansı addımları ata biləcəyimizi müzakirə edəcəyik. İnanıram ki, bizim Yüksək Səviyyəli Strateji Şura iclasımız Türkiyə ilə Yunanıstan arasında yeni bir dövrün daha da güclənməsinə səbəb olacaq” deyib.
Əfsanə
Manşet.az