El Salvadorda keçirilən 2023 Kainat Gözəli Yarışmasında qalib gələn və “Kainat Gözəli 2023” titulunu alan Şeynnis Palacios geyiminin ölkəsindəki müxaliflərə mesaj kimi qəbul edildiyi əsas gətirilərək ölkəsinə qayıda bilməyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Miss Nikaraqua direktoru Karen Celebertti isə ailəsi ilə birlikdə Manaqua hava limanında saxlanılıb və hökumətə qarşı sui-qəsddə günahlandırılıb.
Qeyd edək ki, “Kainat Gözəli 2023” titulunu alan Şeynnis Palasios ölkədə keçirilən etirazların mərkəzi olan universiteti bitirdiyi üçün ölkəsi müxalifətin simvoluna çevrilib. 2018-ci ildə etiraz aksiyalarında iştirak edib.
Əfsanə
Manşet.az