Hizbullah İsrailin hərbi məntəqəsinə hücum edib? - AÇIQLAMA

18:20 - 07 Dekabr 2023

Hizbullah İsrailin  hərbi məntəqəsinə hücum edib? - AÇIQLAMA

Hizbullah İsrailin 3 hərbi məntəqəsinə hücum edib

 

Manset.az  Livanın rəsmi agentliyi NNA-ya  istinadən xəbər verir ki, bu barədə Hizbullah Livanın cənubundan İsrailə qarşı həyata keçirdiyi hücumlarla bağlı açıqlama verib.

Açıqlamada İsrailin sərhəd xəttində yerləşən Ramim, Merc və Baruk hərbi məntəqələrinin “uyğun silahlarla” vurulduğu bildirilib.

İsrail ordusu Livanın sərhəd bölgəsində yerləşən Kunin qəsəbəsində bəzi nöqtələrə intensiv hava hücumu həyata keçirib.

Hücum zamanı bir institutda təhsil alan tələbələrin şüşə qırıqlarının vurması nəticəsində yüngül xəsarət aldığı qeyd edilib.

Livan mediasında yayımlanan görüntülərdə İsrailin hücumu səbəbiylə Kunin qəsəbəsində böyük partlayışın baş verdiyi görünür.

Qeyd edək ki, İsrail ordusu ilə Hizbullah arasında oktyabrın 8-dən bu yana gedən qarşıdurmalarda 90 Hizbullah üzvü, 1 Livan əsgəri və 6 İsrail əsgəri həlak olub.

Toqquşmalar həmçinin Livanda 3-ü uşaq və 3-ü jurnalist olmaqla 23 mülki şəxsin, İsraildə isə 4 mülki şəxsin ölümünə səbəb olub.

Jalə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv