Türkiyəli məşhur aparıcı və teleproqram prodüseri Armağan Çağlayan veriliş çəkdirməyə gəldiyi Şişlidəki ticarət mərkəzində kosmetika firmasının işçiləri ilə mübahisə edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Çağlayanın dəqiqələrlə işçilərə qışqırdığı anlar cib telefonu kameralarına əks olunub.
Görüntülərdən sonra açıqlama verən Çağlayan "Məni axmaq yerinə qoyduqları üçün mübahisə daha da qızışdı” deyib:
"Mən dəli deyiləm. Təbii ki, səbəbsiz yerə öz-özümlə mübahisə etmədim. Hadisə belə baş verdi. Nümayişdən ötəri o ticarət mərkəzində idim. Yemək qatına çıxmaq üçün eskalatorlara tərəf gedəndə arxamdan bir xanım “Armağan Çağlayan”, sonra “Çağlayan Armağan”, “şşş, baxsana Armağan” deyə qışqırdı. Əvvəlcə ona məhəl qoymadım. Sonra qışqırıqlar davam etdi. Sonra dönüb dedim ki, "Belə qışqırmaq ayıb deyil? Məni hansı yerə qoyursan?". Sonra stendin qarşısına gəlib xanıma heç kimsəyə belə qışqırmayacağını, qışqıra bilməyəcəyini qışqıraraq anlatdım. Bunun üzərinə xanım "Bir Armağan Çağlayan sizsiniz? dedi. Məni axmaq yerinə qoyduğu üçün mübahisə daha da böyüdü. Vəziyyət belədir. Sonra qışqırıqları eşidəndən sonra ticarət mərkəzinin mühafizəçiləri gəldi. Hər kəsi lazımsız yerə məşğul etdiyim üçün üzr istəyirəm”.
Əfsanə
Manşet.az