ABŞ-ın Kaliforniya ştatında orta məktəbdə baş verən qalmaqallı hadisə ölkə gündəminə bomba kimi düşüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 32 yaşlı Stiven Kançiani adlı müəllim dərsdə uşaqlara cinsi orqanını göstərdiyi üçün həbs edilib.
Məhkəməyə təqdim edilən hesabatda müəllimin uyğunsuz hərəkətindən sonra 2 şagirdin direktor müavininin otağına gedib şikayət etdikdən sonra hadisənin üzə çıxdığı bildirilib.
Direktor köməkçisi dərhal sinif otağına gedib Kançianinin şalvarının qismən aşağı olduğunu görüb.
Bundan sonra hadisə barədə dərhal polisə məlumat verilib. Araşdırmalar nəticəsində müəllim həbs edilərək həbsxanaya göndərilib.
Əfsanə
Manşet.az