Putin namizədliyini ELAN ETDİ

15:29 - 08 Dekabr 2023

Putin namizədliyini ELAN ETDİ

Hazırkı Rusiya rəhbəri Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.

 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, Ukrayna ərazisində yaradılmış qondarma DXR parlamentinin spikeri Artem Coqa Putindən seçkiyə getməyi xahiş edib.

Rusiya prezidenti razılaşıb. O, qalib gəlsə, bu, Vladimir Putinin beşinci müddətə dövlət başçısı olmağı olacaq.

Qeyd edək ki, Putin 2000-2008-ci illərdə Rusiya prezidenti olub. 2008-2012-ci illərdə baş nazir kimi çalışıb. 2012-ci ildən o, yenidən bu posta sahibdir. 1952-ci ildə Leninqrad vilayətində anadan olan siyasətçi keçmiş DTK işçisidir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv