Məşhur geyim markası izləyicilərindən üzr istəyib.
Manset.az azxeber.com-a istinadən xəbər verir ki, İspan geyim markası Zara yeni kolleksiya ilə bağlı açıqlama yayıb.
Yayımlanan fotoşəkillər 93 ölkədə 2200-dən çox mağazası olan geyim firmasına qarşı sosial mediada böyük hiddətə səbəb olub. Bildirilib ki, şəkillər İyul ayında çəkilib.
Yayımladığı reklam fotolarına gələn reaksiyalardan sonra marka "üzrxahlıq mesajı" yayıb.
Qeyd edək ki, "Zara" geyim markasının yeni kolleksiyası ilə bağlı yayımladığı fotoşəkillərdəki dağıntılar və meyit modelləri sosial mediada Fələstinə istinad kimi şərh edilib.