Çinin şimalına təsir edən soyuq dalğa və güclü qar yağışı səbəbindən minlərlə daxili və beynəlxalq reys təxirə salınıb.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Caixin tərəfindən uçuş məlumat xidmətləri təminatçısı Flight Master-dan verilən məlumata görə, dünən ölkə daxilində planlaşdırılan 16 min uçuşdan 4 min 333-ü ləğv edilib.
Caixin tərəfindən uçuş məlumat xidmətləri təminatçısı Flight Master-dan verilən məlumata görə, dünən ölkə daxilində planlaşdırılan 16 min uçuşdan 4 min 333-ü ləğv edildi.
4 min 191 daxili, 142 beynəlxalq reys pis hava şəraiti səbəbindən yerinə yetirilməyib.
Qeyd olunub ki, bu gün 1239 daxili, 39 beynəlxalq reys ləğv edilib.
Çin Meteorologiya İdarəsi bütün ölkəni əhatə edən soyuq dalğa ilə əlaqədar "narıncı həyəcan" elan edib.
Çinin 4-mərhələli soyuq hava xəbərdarlığı sistemində "narıncı" siqnalın ikinci səviyyəsini təmsil edir.
Milli Meteorologiya Mərkəzinin məlumatına görə, bu gün günortadan bazar günü səhərədək ölkənin əksər hissəsində havanın temperaturu 8-12 dərəcə aşağı enəcək.
Ölkənin şimalında Şaansi, Jilin, Liaonin əyalətləri və Daxili Monqolustan Muxtar Bölgəsində havanın temperaturu mənfi 20 dərəcəyə qədər düşə biləcəyi barədə xəbərdarlıq edilib.
Digər tərəfdən, paytaxt Pekin və Tianjin şəhərləri, Xibey və Şansi əyalətləri və Sincan Uyğur Muxtar Bölgəsi üçün qar yağması, güclü külək və şaxta xəbərdarlığı təkrarlanıb.
Jalə
Manşet.az