ÜST-dən koronavirusla bağlı çağırış: Maska taxın!

09:11 - 06 Yanvar 2024

ÜST-dən koronavirusla bağlı çağırış: Maska taxın!

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreyesus koronavirusla bağlı xəbərdarlıq edib.

 

Manset.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

ÜST direktoru maska taxmağı və COVID-19-a qarşı peyvənd olunmağı bərpa etməyə çağırıb.

"COVID-19, qrip və digər patogenlərin yaratdığı tənəffüs yoluxucu xəstəliklərin sayı bir neçə həftədir ki, bir çox ölkədə artmaqdadır və bayramlardan sonra da davam edəcəyi gözlənilir", - Qebreyesus bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri, həmçinin, COVID-19 üçün testlərin keçirilməsini və zəruri hallarda həkimlərdən tibbi yardım almağa çağırıb. O, bütün ölkələrin hakimiyyət orqanlarına testlərə və vaksinlərə çıxışı təmin etməyi, həmçinin virusun mümkün mutasiyalarını izləməyi tövsiyə edib


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv