İran ABŞ-yə xəbərdarlıq etdi: “Bu, artıq qırmızı xətdir”

16:06 - 31 Yanvar 2024

İran ABŞ-yə xəbərdarlıq etdi: “Bu, artıq qırmızı xətdir”

İran Birləşmiş Ştatlara xəbərdarlıq edib ki, ölkə ərazisinə hücum olacağı təqdirdə Yaxın Şərqdəki ABŞ hədəflərinə zərbə endirəcək.

 

Manset.az xəbər verir ki, bu barədə “The Guardian” nəşrində material dərc olunub.

Nəşrin xəbərinə görə, Tehran hesab edir ki, Vaşinqtonun onun torpaqlarına hücumu qırmızı xətdir.

Daha əvvəl çıxan xəbərlərdə isə bildirilib ki, ABŞ Prezidenti Co Bayden İordaniya sərhədində üç əsgərin həlak olduğu hücum hadisəsinə necə cavab verəcəyi ilə bağlı qərara gəlib. Lakin Baydenin dəqiq olaraq hansı tədbirlər görəcəyi barədə isə məlumat verilməyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv