Bu ölkənin Baş Naziri Türkiyəyə səfər edəcək

18:27 - 31 Yanvar 2024

Bu ölkənin Baş Naziri Türkiyəyə səfər edəcək

Niger Respublikasının baş naziri, iqtisadiyyat və maliyyə naziri Ali Mahamane Lamine Zeine Türkiyəyə işgüzar səfər edəcək.

 

Manset.az Haber Global-a istinadən xəbər verir ki, Ali Mahamane Lamine Zeine Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 31 yanvar-3 fevral tarixlərində Türkiyəyə səfər edəcək. 

Fevralın 1-i Ankarada keçiriləcək danışıqlarda Türkiyə ilə Niger arasında ikitərəfli münasibətlər müxtəlif aspektlərdə nəzərdən keçiriləcək və əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar müzakirə olunacaq. Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, aktual regional və qlobal problemlər ətrafında fikir mübadiləsi də nəzərdə tutulur.

Jalə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv