Tovuzda aşan TIR yandı - FOTO

16:59 - 06 Fevral 2024

Tovuzda aşan TIR yandı - FOTO

Tovuz rayonunda yük maşını aşaraq yanıb.

 

Manset.az xəbər verir ki, Bakı-Qazax yolunun Aşağı Quşçu kəndindən keçən hissəsində Göygöl rayon sakini Elbrus Məlikovun idarə etdiyi TIR yoldan çıxaraq aşıb. Qəzadan sonra avtomobildə yanğın qeydə alınıb.

Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, avtomobil yanğından mühafizə edilib.

Məlumata görə, sürücü yüngül xəsarət alıb. TIR-ın Rusiyaya bitum apardığı bildirilir. Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az