"Mənim gözəl dayəm"in aktrisası vəfat etdi

18:04 - 10 İyun 2024

\"Mənim gözəl dayəm\"in aktrisası vəfat etdi

Rusiyanın "Mənim gözəl dayəm" serialının yunan versiyasının aktrisası Despina Stylianopoulou vəfat edib.

Manset.az xarici mediaya istinadən xəbər verir ki, aktrisa 92 yaşında ailəsinin əhatəsində dünyasını dəyişib.

Qeyd edək ki, 1960-cı ildə karyerasına başlayan Despina onlarla film və seriallarda rol alıb.

"Mənim gözəl dayəm" serialının rus versiyasının aktrisası Anastasiya Zavorotnyuk isə ötən ay xərçəngdən vəfat edib.

 

Fidan Əliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv