Apple-dan yeni funksiya - İOS 18

10:23 - 11 İyun 2024

Apple-dan yeni funksiya - İOS 18

 Apple, mövcud tətbiqlərdə bir sıra yenilənmiş funksiyaları olan yeni iOS 18 əməliyyat sistemini təqdim edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, yeni funksiyada başlanğıc ekranında rəngli mövzular üçün parametr var və idarəetmə mərkəzi yenilənib. İndi hər bir proqram ayrıca bloklana və ya gizlədilə bilər - məsələn, parol və ya Face ID-dən istifadə etməklə kilidi aça biləcəksiniz.  Həmçinin təkmilləşdirilmiş oyun performansı üçün "oyun modu" da olacaq. 

Yeni funksiyalara adi fotoşəkilləri 3D simulyasiyasına çevirmək daxildir.

Bundan əlavə, yeni əməliyyat sistemi istifadəçilərə sadəcə olaraq smartfonlarını bir-birinə yaxın tutaraq pul köçürməsinə imkan verəcək. 

Apple, eyni zamanda Vision Pro üçün yeni nəsil əməliyyat sistemi olan "VisionOS 2"ni təqdim edib. 

Qeyd edək ki, təqdimat  Apple şirkətinin şəxsi YouTube kanalında yayımlanıb.

 

Fidan Əliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv