Pakistanda yol kənarında yerləşdirilmiş bombanın partlaması nəticəsində 7 əsgər həyatını itirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Pakistanın Paxtunxva əyalətində baş verib.
Pakistan ordusundan verilən rəsmi açıqlamada, əldəqayırma partlayıcının bir ordu avtomobilini hədəf aldığı bildirilib. Partlayıcının partlaması nəticəsində biri kapitan olmaqla 7 əsgərin həyatını itirdiyi bildirilən açıqlamada:
- "Bölgədəki terrorçuların məhv edilməsi və təmizlənməsi üçün səylər davam etdirilir", - deyə ictimaiyyətə məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.
Fidan Əliyeva