Ukrayna prezidenti Vladimir Zelenski Almaniyanın paytaxtı Berlində keçirilən “2024-cü ildə Ukraynanın Bərpa Konfransı”nın açılışına qatıldıqdan və Almaniya kansleri Olaf Şolz ilə mətbuat konfransı keçirdikdən sonra Federal Məclisdə çıxış edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Zelenski Rusiya-Ukrayna müharibəsini öz şərtləri ilə bitirəcəklərini bəyan edib.
O, çıxışında Almaniyaya Ukraynaya göstərilən və bundan sonra da veriləcək yardıma görə təşəkkür edib və Avropanın müharibəsiz bir qitə olması lazım olduğunu bildirib.
Zelenski, Rusiya-Ukrayna müharibəsini uşaqlara miras qoymayacaqlarını, müharibəni öz şərtləri ilə bitirəcəklərini və vurduğu bütün zərəri Rusiyanın ödəməli olduğunu bildirib.
Əfsanə Rəcəb
Manşet.az