İraqın Zaxo şəhərində Şırnakdan olan tanker sürücüləri arasında baş verən mübahisə qısa zamanda bıçaqlı davaya çevrilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, dava zamanı Reşit Karatay bıçaq zərbəsi ilə həyatını itirib.
Şübhəlilər hadisə yerindən qaçıb. Baş verənlər təhlükəsizlik kamerasına düşüb.
Karatayın cənazəsi yarılmadan sonra Habur Sərhəd Qapısı vasitəsilə Türkiyəyə gətirilib.
Cənazə Silopi rayonunun Babındak kəndində torpağa tapşırılacaq.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Əfsanə Rəcəb
Manşet.az