İtaliyanın paytaxtı Romada film kimi bir soyğun hadisəsi baş verib.
Manset.az-ı xarici mediaya istinadən məlumatına görə, soyğunçular kanalizasiyadan keçərək məşhur Bvlgari zərgərlik şirkətinin mağazasının altına giriblər.
Daha sonra onlar mağazanın döşəməsini dələrək içəri daxil olublar.
498 min avro dəyərində qızıl-zinət əşyaları oğurlayan oğrular yenidən kanalizasiyadan qaçıblar.
Müəyyən edilib ki, soyğun 11 dəqiqəyə içində başa çatıb.
Əfsanə Rəcəb
Manşet.az